Dövlət İmtahan Mərkəzi və otk.az portalı yeni onlayn sınaq imtahanlarına start verir

25 noyabr tarixindən etibarən otk.az portalında qeydiyyatdan keçib aşağıdakı yeni onlayn imtahanlara yazıla və özünüzə uyğun istədiyiniz vaxt imtahan verə bilərsiniz:
- IX sinif buraxılış imtahanı (I və II mərhələ)
- IX sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı
- XI sinif buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi)
- XI sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı
Buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub. İmtahanlar tədris proqramının yanvar ayına kimi olan hissəsini əhatə edir.
Oxunma Sayı: 205
Bir cavab yazın