Dövlət İmtahan Mərkəzi 2019-cu il dekabr ayının 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər 2019-cu il 16 dekabr saat 18.00-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçməlidirlər.

İmtahanın keçiriləcəyi yer və başlama saatı haqqında məlumat qeydiyyat prosesi başa çatdıqdan sonra veriləcəkdir.

https://eservices.dim.gov.az/elimt/Miqrasiya

Oxunma Sayı: 307