Macarıstanda təhsil almaq istəyənlərin nəzərinə!
Macarıstanda təhsil təhsil almış, çalışmış və yaşamış mütəxəsisin iştikarı ilə Macarıstan Universitetlərinə qəbul olmaq imkanı qazanın.
Macarıstan Universitetlərinə 2020/21 – ci ilər üçün Hökumətlərarası Təqaüd Proqramı əsasında Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı qəbul olunur.

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir: Macarıstan tərəfindən: – ödənişsiz təhsil; – universitet yataqxanasında yaşayış; – tibbi sığorta; – aylıq təqaüd. Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilib: – Bakalavriat və magistratura proqramları üçün aylıq 43,700 (243 Manat) Macarıstan forinti; – Doktorantura proqramları üçün təlim və tədqiqat dövründə aylıq 140,000 (780 Manat) , dissertasiya dövründə isə aylıq 180,000 (1003 Manat) Macarıstan forinti. Diqqət!: Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.

Tələb olunan sənədlər:

  1. Macarıstan təqaüd proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron
    ərizələrinin (təsdiqlənmiş) surətləri (müsahibə mərhələsi üçün);
  2. Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli
    əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində
    hazırlanmalı);
  3. Təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz
    barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis
    və ya macar dilində yazılmış);
  4. Xarici dil sertifikatı;
  5. Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq
    olunmuş)
    a. bakalavriat təhsil səviyyəsi üçün orta təhsili bitirmə haqqında sənəd (attestat);
    b. magistratura təhsil səviyyəsi üçün bakalavr diplomu və transkript;
    c. doktorantura təhsil səviyyəsi üçün bakalavriat və magistratura diplomu və
    transkriptlər;
    Qeyd: I-II təhsil illərində oxuyan şəxslər təhsil aldıqlarına dair müvafiq arayış və
    transkript təqdim etməlidirlər.
    QEYD: Sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini (bakalavr və ya magistr
    diplomu) namizəd xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin sənədin
    Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd təqdim
    etməlidir.
  6. QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış
    (ingilis və ya macar dilində təqdim olunmuş və ya notarial qaydada tərcümə təsdiq
    olunmuş) Qeyd: 1 noyabr 2019-cu il tarixindən sonra alınan arayışlar;
  7. Şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun surəti;
  8. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
  9. İki ədəd tövsiyə məktubu.

Doktorantura proqramı üçün müraciət edən namizədlər aşağıdakı sənədləri əlavə olaraq
təqdim etməlidirlər:
10.Tədqiqat işi (minimum 2 səhifə, Times New Roman 12 şrifti ilə, təhsil almaq üçün
müraciət etdiyi dildə yazılmış).
Qeyd: Müsahibə mərhələsinə dəvət olunan şəxslər yalnız Təhsil Nazirliyinin Elektron
Ərizə Sisteminə yüklədikləri sənədlərin surətini və hər iki (Macarıstan və Azərbaycan)
elektron ərizənin surətlərini gətirməlidirlər.

  1. Elmi rəhbərdən müvafiq arayış – (Namizədin qəbul olunduğu ali təhsil
    müəssisəsində müvafiq “supervisior”dən ona elmi rəhbərlik edəcəyinə dair sənəd
    əldə olunmalı və aidiyyəti üzrə elektron sistemlərə yükləməlidir)

Qeyd: Cv və motivasiya məktubunun hazırlanması üçün bizim tərəfimizdən köməklik göstəriləcək.

https://docs.google.com/forms/d/1in01VWSWuzZzHyxTimc9EhZYDBfaa9AAJMyu_Xeb1XA/edit

Qeydiyyat üçün:Əlavə məlumat üçün:
Watsapp: +36309480280
Əlaqə telefonu : 0516860988

Oxunma Sayı: 235