Dekabrın 12-də Salyandakı Heydər Əliyev Parkında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Sonra mərasim iştirakçıları Ulu Öndərin adını daşıyan mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olub, rayon mədəniyyət şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxıblar.

Ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü Hacıqabulda da dərin hüznlə anılıb.

Rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, minlərlə hacıqabullu Heydər Əliyev Parkına gələrək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra mərasim iştirakçıları Heydər Əliyev mərkəzində dahi rəhbərin mənalı həyatının ayrı-ayrı məqamlarından bəhs edən fotoşəkil və sənədlərlə tanış olublar.

Respublikamızın bütün bölgələrində olduğu kimi, İmişlidə də ulu öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla anılıb.

Rayonun icra strukturları, hüquq-mühafizə orqanlarının rəhbərliyi, minlərlə imişlili müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən sənəd və fotoşəkillərlə tanış olublar.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş etdirilib.

MƏNBƏ:AZƏRTAC

https://tehsil.info/wp-content/uploads/2019/12/12-dekabr-e1576244050328.jpghttps://tehsil.info/wp-content/uploads/2019/12/12-dekabr-150x150.jpgHuseyn MemmedliGündəmXəbərlərazərbaycan,azərtac,gündəm,xəbərlərDekabrın 12-də Salyandakı Heydər Əliyev Parkında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin... Oxunma Sayı: 30