XIII qrant müsabiqəsinin qalibi Firəngiz Manafova tərəfindən həyata keçirilən layihə çərçivəsində siz bloggerlik, fotoqrafiya sahəsində yeni bacarıqlara sahib olacaq, eyni zamanda mədəni abidələrin təbliği istiqamətində təşkil olunan “Yanardağ’’ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təcrübə ekskursiyasında biliklərinizi tətbiq etmək imkanı qazanacaqsınız.

Bloggerlik və fotoqrafiya sahəsinə marağı olan şəxslərin nəzərinə!
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidməti, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Kəşf et – Öyrət” layihəsinə start verilir.

Layihə çərçivəsində həyata keçiriləcək təlimlərdə siz aşağıdakı mövzular üzrə təlimlər keçəcəksiniz:

  • Mədəni abidələrin qorunmasının və təbliğinin əhəmiyyəti;
  • Bloggerlik fəaliyyətinin texniki tərəfləri, günümüzdəki təsiri;
  • Peşəkar fotoqraf tərəfindən məsləhətlər.
    Fevral ayının birinci dekadasında həyata keçirilməsi planlaşdırılan layihədə həm azərbaycanlı, həm də Azərbaycanda təhsil alan xarici tələbələrin iştirakı nəzərdə tutulmuşdur.
    Təlimlər Azərbaycan dilində keçiriləcək.
Oxunma Sayı: 57