“Kreativ Azərbaycan” portalının tərəfdaşlığı ilə “Azerbaijan Design Award” müsabiqəsi keçiriləcək

“Kreativ Azərbaycan” portalının tərəfdaşlığı ilə “Azerbaijan Design Award” müsabiqəsi keçiriləcək
35528.01.2020
“Azerbaijan Design Award” ölkənin ən yaxşı dizaynerləri arasında müsabiqə elan edir.
Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə 10 dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayır. Layihənin təsisçi və təşkilatşıları gənc dizaynerlər – Rəhim İsmayılov (müəllif, həmtəsisçi), Ramin Nəsirov (həmtəsisçi) və Elşən Quliyevdir (həmtəsisçi).
Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb edib. 18 münsifin olduğu layihədə Azərbaycanla yanaşı Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə, İrandan olan münsiflər yer alır. Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndirəcək.
Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim edə bilərlər:
- brendinq
- qablaşdırma dizaynı
- illustrasiya
- veb dizayn
- sənaye dizaynı
- tətbiqetmə (app) dizaynı
- interyer dizaynı
- eksteryer dizaynı
- çap dizaynı
- outdoor dizaynı
Layihənin qalibləri mart ayında keçiriləcək möhtəşəm final gecəsində 400 nəfərdən artıq dəvətlinin qarşısında canlı şəkildə elan olunacaqlar.
Finalçılara “Azerbaijan Design Award” və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Qaliblərə isə əsas mükafat “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim ediləcək.
Bütün yaradıcı insanları bu layihədə iştirak etməyə dəvət edirik.
Layihələrin qəbulu: 13 yanvar – 17 fevral 2020-ci il.
Qeydiyyat: http://azerbaijandesignaward.com/register
facebook.com/azerbaijandesignaward
linkedin.com/azerbaijandesignaward
instagram.com/azerbaijandesignaward
Əlaqə üçün – info@azerbaijandesignaward.com
Mənbə : Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi http://mct.gov.az/az/umumi-xeberler/11927
Oxunma Sayı: 81
Bir cavab yazın