10 noyabr saat 13:00-dan axşam saat 17:00-a qədər keçiriləcək olan möhtəşəm seminarda, 3 möhtəşəm spiker ilə hərkəsi gözləyəcəyik!

Biletləri əldə etməyə tələsin📢
Qiymət- Tələbələr üçün 10Azn
Qeydiyyat üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.

Cəlalə Nəzəroğlunun təqdimatında “Müəllimin təsirli nitqi”
Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu “SAYGIN Coaching&Consulting” Fərdi İnkişaf Mərkəzinin məzunudur.
Cəlalə Nəzəroğlu müxtəlif illərdə Xəzər televiziyasında “Xəzər Xəbər”in aparıcısı olmuşdur. “Diksiya Akademiyası”nın təsisçisi Cəlalə Nəzəroğlu dövlət və özəl qurumlarda seminarlar, təlimlər verir. Hazırda “LİBRAFF” mağazalar şəbəkəsinin rəhbəridir.
Nitqin insan həyatında misilsiz rolundan bəhs edən, qüsurlu danışığı qısa müddətdə məşqlərlə aradan qaldırmağa kömək edən “Danışığınla həyatı qazan” kitabının da müəllifidir

Seminarın məqsədi:

Gözəl, səlis, düzgün və lakonik danışıq hər bir müəllimdə görmək istədiyimiz vacib keyfiyyətdir. Bu bacarıq anadangəlmə vergi deyil, öyrənərək əldə edə biləcəyiniz nemətdir. Seminarda bir müəllim olaraq qüsursuz, peşəkar danışığa ən asan üsulla necə nail ola biləcəyinizi öyrənəcəksiniz.

✅ Sinifdəki şagirdləri ələ almaq üçün təsirli danışıq metodları öyrənəcəksiniz
✅ Səsinizi bəlağətli etmək üçün asan üsullar öyrənəcəksiniz
✅ Danışığınızdakı qüsurları aradan qaldırmağı öyrənəcəksiniz
✅ Gözəl danışıqla peşəkarlığa bir addım daha yaxın olacaqsınız

Olduqca məsuliyyətli peşə sayılan müəllimliyin təməl özəlliklərindən biri danışmaqdır. Müəllimin danışığı elə olmalıdır ki,

➡ peşəkar olduğuna şübhə yaranmasın
➡ düşündüklərini sərbəst ifadə edə bilsin
➡ danışığında səhvlərə yol verməsin
➡ intonasiyadan düzgün istifadə etməklə auditoriyanın diqqətini cəlb edə bilsin
➡ bədən dilini öz əleyhinə deyil, lehinə istifadə edərək şagirdləri ələ almağı bacarsın.

Günel Miriyevanın təqdimatında “Kurikulum”
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində 6 may 2014-cü ildə təşkil olunmuş “Öyrədənlərin öyrədəni” kursundan keçərək “Təlimçi” statusu almış setifikatla təltif olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş 20-ci Ənənəvi Tələbə Elmi Konfransında 2-ci yer tutduğuna görə diplomla təltif olunmuşdur. “Kurikulum təliminə yeni baxış” kitabının müəllifidir. Hal-hazırda Unikal Tədris mərkəzində kurikulum təlimçisi və 214 saylı Uşaq bağçasında tərbiyəçi pedaqoq vəzifəsində çalışır.

Seminarın məqsədi:
Əsas və alt standart anlayışlarının təhlili, standartdan düzgün məqsəd çıxara bilmək bacarıqları.

Elnur Rəhimov-Bakı Mühəndislik Universitetinin müəllimi, Biznes təlimçi, Yaddaş Texnikaları üzrə təlimçi, Azərbaycanda ilk dəfə olaraq “Super Yaddaş” layihəsinin rəhbəri, “14 Gündə Super Yaddaş” kitabıının müəllifidir.
“Yaddaş Texnikaları ilə Öyrənməyi Öyrənin” seminarı
Seminarın məqsədi:
İştirakçılar, öyrəndiyi texnikalar və əldə etdiyi biliklər nəticəsində öyrənmək istədiyi hər bir məlumatı öyrənməyin yolunu öyrənəcəklər. Xarici dildə olan sözləri,sıra ilə olan bütün məlumatları yaddaş texnikaları vasitəsi ilə yadda saxlayacaq, kitab-məqalə-elmi əsər oxuduqları zaman önəmli məlumatları,istənilən uzunluqdakı ədədləri habelə telefon nömrələrini yadda saxlamağın yolunu öyrənəcək və ən əsası öyrənməyi öyrənəcəklər.

https://docs.google.com/forms/d/1UgmqB_LqzPGJPlQPMpvYLml8PK2-1gb5quNxCbsYgXc/edit

Əlaqə üçün:
055 347 16 97
077 464 59 89
Ünvan: Sabunçu Gənclər Evi/Yavər Əliyev 91A, Bakixanov q. (Sabunçu məhkəməsinin yanı)
Q.Qarayev metro st-ın yaxınlığı.
191,113,213,106 marşurutlar gedir.

Oxunma Sayı: 47