AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının ilk nömrəsi işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində filologiya, tarix, siyasi elmlər, fəlsəfə, ilahiyyat və iqtisadiyyat sahələrinə aid 29 elmi məqalə dərc olunub. Nəşrdə “XIX əsrin sonu-XX əsrin əvvəllərində Türkiyədə ictimai-siyasi dəyişikliklərin ədəbi prosesə təsiri və yeni ədəbiyyatın əsas mərhələləri”, “Tənzimatdan II məşrutiyyətə qədər olan dövrdə mətbuat ətrafında yaranan ədəbiyyat mühiti”, “Aşıq Veysəl şeirlərində milliliyin təzahür formaları”, “Sufilikdə məqam və hal anlayışı”, “Türkiyə romanında qadın imzası”, “Oğuz qrupu türk dillərində iqlim leksikasının etimoloji aspektləri”, “Qafqaz albanlarının Şərq ilə konfessional əlaqələri”, “Türk dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində mədəni inteqrasiyası: mövcud reallıqlar və perspektivlər”, “Müasir fəlsəfə və plüralizmin ünsiyyət mədəniyyətinə dair”, “Peyğəmbərin hədislərində etik normalar” və s. maraqlı məqalələr yer alıb.

Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxil olan jurnalın baş redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevadır. Jurnalın redaksiya heyətinə Azərbaycan, Rusiya, Rumıniya, Türkiyə və Gürcüstandan nüfuzlu alimlər daxildirlər.

Jurnalın ikinci sayına məqalə qəbuluna başlanılıb.

(C) Azərtac

Oxunma Sayı: 64