Ölkəmizdə Mobile development sahəsində peşəkar mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq Akademiyada bu ixtisas üzrə də təhsil almaq imkanı yaratdıq.
Müraciət edən namizədlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. 50 namizədə Backend, 50 namizədə isə Mobile development (Android, iOS) sahəsində intensiv bootcamp kurslarında təhsil almaq imkanı yaradılacaq.

Akademiyaya qəbul olunmaq istəyən şəxslər yanvarın 15-dək Akademiyanın rəsmi Facebook və internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az.
Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə fevralın 3-dən başlanacaq və 3 ay davam edəcək.

Oxunma Sayı: 41