Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində  “Balaca virtuoz” adlı I etüd müsabiqəsi keçirilib.

Məktəbin fortepiano ixtisası üzrə müəllimi Arzu Manafovanın təşəbbüsü ilə təşkil olunan məktəbdaxili müsabiqə fortepiano şöbəsində təhsil alan şagirdlərin arasında keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texniki cəhətdən ifaçılıq bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.

Qeyd edək ki, hər bir musiqi məktəbində, hətta region üzrə də ayrı-ayrı ixtisaslar üzrə keçirilməsi nəzərdə tutulan bu kimi müsabiqələr gələcəkdə şagirdlərin respublika və beynəlxalq səviyyəli müsabiqələrə hazırlıqlarına və güclü rəqabətin yaranmasına təkan verir.

Mənbə : Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi http://mct.gov.az/az/umumi-xeberler/xirdalan-seher-musiqi-mektebinde-balaca-virtuoz-adli-i-etud-musabiqesi-kecirilib

Oxunma Sayı: 68